Bakıda güclü külək nəticəsində bir neçə ağac aşıb.

RePost.AZ xəbər verir ki, əsən güclü külək Yasamal və Xətai rayonlarında iki ağacın kökündən çıxaraq aşmasına səbəb olub.

Belə ki, Xətai rayonu, General Şıxlınski küçəsində yerləşən qaçqın və məcburi köçkünlərin yerləşdiyi binanın qarşısında iri gövdəli ağac küləyin təsirindən kökündən çıxaraq aşıb. Ağac binaya ciddi ziyan vurub. Binanın iki eyvanının üzərinə düşən ağac onların uçmasına səbəb olub. Bina sakinləri Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinə də müraciət edib. Qopmuş ağac binanın eyvanlarına söykənmiş vəziyyətdə qalıb.

Digər ağac isə Yasamal rayonu Hüseyn Cavid prospektində kökündən çıxaraq aşıb. Ağac piyadalar üçün nəzərdə tutulmuş səkinin üzərinə düşüb və bununla da səkidə piyadaların gediş-gəlişi üçün maneə yaradıb.

RePost.Az
Mənbə: Report


Baxış sayı: 2288 | Tarix: 08.09.2017
Bizi Telegramda izləyin: @repostaz