Bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətləri çəkiləcək. 
 
"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, qeyd edilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.
 
"Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq", - deyə məlumatda əlavə olunub.
 
RePost.Az

Baxış sayı: 2079 | Tarix: 06.10.2017
Bizi Telegramda izləyin: @repostaz