Bu gün səhər saat 08:37-dən etibarən Qara Qarayev prospekti ilə Azər Manafov küçəsinin kəsişməsindəki yolda hərəkət tamamilə dayanıb. Buna görə də avtobuslarımız həmin ərazidə tıxacda gözləmək məcburiyyətində qalıb.

RePost.Az xəbər verir ki, bununla bağlı “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məlumat yayıb.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq 1 saylı marşrut avtobusunun intervalında uzunmüddətli ləngimələr yaşanır.

“İntervaldakı gecikmələrin "BakuBus" MMC-dən qaynaqlanmadığını nəzərə almağınızı xaiş edirik”.


Baxış sayı: 2516 | Tarix: 07.12.2017
Bizi Telegramda izləyin: @repostaz