CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 7-də 64,42 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,5 dollar/barel çoxdur. RePost.Az-ın məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 7-də 63,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 7-də 60,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 7-də 62,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.
 
RePost.Az

Baxış sayı: 3352 | Tarix: 08.12.2017
Bizi Telegramda izləyin: @repostaz