Bakı Ağır Cinayətlər Məhkəməsində toyuq oğurlamaqda təqsirləndirilən Asəf Nəbiyevə hökm oxunub.


RePsot.Az-ın  qafqazinfo-ya istnadən verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə A.Nəbiyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan Nəbiyev bu gün məhkəmə zalında həbs edilib.

A.Nəbiyev Xaçmazda Zaur Zeynalovun dəyəri 231 manat olan 33 ədəd toyuğunu, Mübariz Seyidəliyevun velosipedini oğurlayıb. Bundan başqa da bir neçə yerdən oğurluq edib. A.Nəbiyev əvvəllər də məhkumluq həyatı yaşayıb.


Baxış sayı: 2212 | Tarix: 19.12.2017
Bizi Telegramda izləyin: @repostaz