Bakıda və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Bəzi yerlərdə zəif duman, axşam çiskin olacaq. Gün ərzində arabir güclənən  şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 7-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında martın 16-da qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.
 
Martın 16-sı gündüzdən martın 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
RePost.Az

Baxış sayı: 2136 | Tarix: 15.03.2018
Bizi Telegramda izləyin: @repostaz