Martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.
 
RePost.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinə istinadən bildirir ki, şimal küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək.
 
Havanın temperaturu yarımadada gecə 6-8°, gündüz 13-18°, Bakıda gecə 6-8°, gündüz 15-17° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 5-10°, gündüz 18-23°, dağlarda gecə 1-6°, gündüz 13-18° isti təşkil edəcək.
 
Martın 27-si gündüz, 28-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
 
RePost.Az

Baxış sayı: 3941 | Tarix: 26.03.2018
Bizi Telegramda izləyin: @repostaz