Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.
 
RePost.Az-ın məlumatına görə, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,75- 2,0%-dək  artırıb.
 
Qeyd edək ki, bundan əvvəl FED  martın 21-də  uçot dərəcəsini artırıb.
 
Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
 
RePost.Az-

Baxış sayı: 3314 | Tarix: 13.06.2018
Bizi Telegramda izləyin: @repostaz