Sabah Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr yaranacaq.
 
“Azərişıq” ASC-dən RePost.Az-a verilən məlumata görə, "Azərenerji" ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində iyulun 25-27-də elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.
 
RePost.Az
 

Baxış sayı: 2307 | Tarix: 24.07.2018
Bizi Telegramda izləyin: @repostaz