Azərbaycandan Güney azərbaycanlı gənclərin sosial şəbəkədə başlatdığı “səni deyirlər” aksiyasına dəstək verilib. 
 
RePost.Az-ın məlumatına görə, qısa müddət ərzində minlərlə gənc “Səni deyirlər” mahnısı ilə rıəqs edərək sosial şəbəkədə paylaşıblar. Aksiyaya ilkin olaraq tanınmış ictimai fəallar və jurnalistlər dəstək verib.
 
Qeyd edək ki, güneyli soydaşlarımızın başlatdığı bu aksiyanın ideoloji və siyasi mahiyyəti var. İran rejimi insanların əyləncə, geyim azadlığını məhdudlaşdırdığından gənclər bu yolla Tehran molla rejiminin siyasətinə etiraz edirlər. 
 
RePost.Az


Baxış sayı: 3675 | Tarix: 05.09.2018
Bizi Telegramda izləyin: @repostaz