“Səni deyirlər” mahnısı ilə Azərbaycanda məşhurlaşan İbrahim Əlizadə Bakıdadır.
 
RePost.Az-ın məlumatına görə, cənubi azərbaycanlı müğənni bu gün baş tutacaq IX Beynəlxalq “The First” mükafatlandırma mərasimində iştirak edəcək.
 
Bu barədə tədbirin təşkilatçısı Xəyal Rza məlumat verib:
 
"Çox dedilər "səni deyirlər, məni deyirlər", mən də dedim, dəvət edim, görək kimi deyirmiş?! Təkcə "Urmunun dəryası" sözündən sonra cəsarətlə "qurutdular da" deməsi yetərlidir ki, onun Urmiyə sevdasını, Azərbaycan sevdasını anlamış olaq.
 
Milyonlarla insanın dinlədiyi və sevdiyi məşhur "Səni deyirlər" mahnısını ifa edən İbrahim Əlizadə IX Beynəlxalq "The First" Mükafatlandırma mərasimində iştirak üçün artıq dəvətimizlə Bakıdadır"!
 
RePost.Az


Baxış sayı: 3599 | Tarix: 16.10.2018
Bizi Telegramda izləyin: @repostaz