“Delta Telekom LTD” MMM istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsi üçün müxtəlif kampaniyaların keçirilməsini planlaşdırır. 
 
RePost.Az xəbər verir ki, bu barədə "Delta Telecom"un saytında məlumat verilib:
 
"Ulu öndər, Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində 10 may 2019-cu il tarixindən başlayaraq provayderlərə təklif olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olunacaq.
 
Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir. 
 
Maraqlı olan provayderlər, endirim paketi haqda ətraflı məlumat almaq üçün müəssisəmizə müraciət edə bilər".
 
RePost.Az

Baxış sayı: 3295 | Tarix: 08.05.2019
Bizi Telegramda izləyin: @repostaz