Sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb.
 
RePost.Az xəbər verir ki, Gəncə şəhərində keçirilən sosial eksperimetdən çəkilən video görüntü böyük marağa səbəb olub.
 
Videoda göründüyü kimi pulu olmayan və ac olan əsgər yoldan keçən insanlara yaxınlaşaraq kömək istəyib. Əsgər iki polisə də müraciət edib.
 
Polis əməkdaşları hərbçiyə mobil telefonlarını verib və onun danışmağı üçün şərait yaradıblar. Daha sonra polislər ciblərində olan bütün pulu əsgərə veriblər.
 
Həmin görüntüləri təqdim edirik:


Baxış sayı: 2174 | Tarix: 09.09.2019
Bizi Telegramda izləyin: @repostaz