Sevinc Mirzəyevanın çıxışlarında onun xəstə təfəkkürə sahib olması ilə bağlı simptomları həmişə hiss etmişəm. Amma bu hissiyatın klinik tərəfləri həmişə mənə maraqlı olub. Hiss edirdim ki, şəxsiyyətin ikiləşməsi ilə əlləşir. Bir vaxtlar Sevinc Osmanqızının şəxsi həkimi olmuş Firdovsi İbrahimovun sosial şəbəkədəki paylaşımından sonra hər şey aydın oldu. Həkim Sevincin xətəlik tarixçəsi haqqında bunları yazıb.
 
Dəyərli Həmvətənlərim. Hər biriniz kimi Sevinc Osmanqızının çıxışını axıra kimi dinlədim. Vicdanım qarşısında yazmaq məcburiyyətində qaldım. Belə bir çıxışı ancaq bir erməni etsəydi təəccüb etməzdim.
 
Ama Sevincin çıxışına da təəccüb etmədim. Sizdən fərqli olaraq onu Bakıda yaşayarkən bir həkim kimi çox yaxşı tanıyırdım. O zaman bir həkim kimi onun davranışları və ən əzizlərinə olan davranışlarına çox təəccüblü qalmışdım. Zamanla bütün daşlar yerinə oturarmış.
 
Nəticə olaraq Sevinc ciddi psixi çaxnaşma içində olan biri idi. Psixyatrlar yaxşı bilirlər. Xarakterdə parçalanma və heyecanlar yaşayan biridir. Bu qərarlarına görə də daha Bakıda yaşayırkən öz ən yaxın əzizində də fəlakətə səbəb oldu.
 
Nəticə olaraq Sevincin davranışı məndə təəccüb yaratmadı. Çünkü belə adamlar çox asanlıqla düşman ölkələrin xarici kəşfiyyatının əlində çox ucuz oyuncağa çevrilirlər. Belələrini çox ucuz və çirkin kampaniyaları üçün istifadə edirlər. Zaman keçdikcə manqurtlaşan sevincin bir gün öz atasını da suçlamasını görsəniz təəccüb etməyin.
 
Göründüyü kimi psixotrop tərkibli dərmanların yaratdığı əks təsir Sevinc Mirzəyevanı vətəni, özünü, hətta atasını inkar edə biləcək vəziyyətə çatdırıb. Sevincin istəkləri dozaya görə dəyişir. Azərbaycana düşmən qüvələr Mirzəyevanı həblə təmin edir. Osman Mirzəyev Sevincli gələcəyi görə bilmədi. Çox güman ki xəstə Mirzəyeva okeanın o tayında hansısa ruhi dispanserin birində sayıqlaya-sayıqlaya ömrünü başa vuracaq.
 
Xəstəlik isə yalnız bu dünyada üzrlü səbəb kimi qəbul edilir. Allah Osman Mirzəyevin ruhuna səbr versin.


Baxış sayı: 3257 | Tarix: 27.07.2020
Bizi Telegramda izləyin: @repostaz