Türkiyənin “ATV” kanalında yayımlanan evlilik proqramında dava düşüb.
 
RePost.Az İstiPress-ə istinadən xəbər verir ki, Pamuk adlı qıza görə canlı yayımda dalaşan Umut və Arda bir-birinin ünvanına ağır ifadələr və təhqirlər yağdırıb. Bu səbəbdən də verilişin aparıcısı verilişi dayandırmaq məcburiyyətində qalıb.
 
Xatırladaq ki, Umutla Pamuk bir vaxtlar sözügedən verilişdə sevgili olublar. Lakin yola getmədikləri üçün ayrılmağa qərar veriblər. Daha sonra Umut Gülşafak adlı qızla, Pamuk isə Arda adlı bəy namizədlə görüşməyə başlayıb. Pamuku unutmadığını deyən Umutun Gülşafakdan ayrılıb köhnə sevgilisinə qayıtması isə davaya səbəb olub.
 
RePost.Az

Baxış sayı: 3238 | Tarix: 15.02.2017
Bizi Telegramda izləyin: @repostaz