Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
 
Qoç - həyat eşqi və enerjiniz çoxdur. Məntiqli davranın, enerjinizi yanlış istiqamətə yönəltməyin. Əsəb və gərginlik yüksək səviyyədə olacaq, fəaliyyətnizdə xaotiklik müşahidə ediləcək.
 
Buğa - işlərinizdə hansısa formada ciddi nəticələrə nail olmaq istəyirsinizsə, ağıllı və təcrübəli insanın məsləhətlərinə qulaq asın. Maliyyə baxımından pis gün deyil. Gəlir əldə edilməsi, köhnə borcun qaytarılması istisna deyil.
 
Əkizlər - müqavilə, anlaşma, sövdələşmə, daşınmaz əmlak almaq, köç və ya iş yerini dəyişmək üçün əlverişli gündür. Axşam saatlarında istirahət edin, yorğunluqdan qurtulun, qüvvəninizi bərpa edin.
 
Xərçəng - məqsədə aparan yolda qarşılaşdığınız çətinliklər və sədlər sizi qorxutmasın. Yaxın vaxtlarda reallaşdırılması mümkün olan parlaq ideyalar yaranır.
 
Şir - işlərinizin öhdəsindən gəlməklə yanaşı, yaxın ətrafınızdakı insanlara da həvəslə yardım edin. Alış-veriş üçün uğurlu gündür. Özünüzlə yanaşı, yaxınlarınıza da əşyalar ala bilərsiniz. Seçimdə yanılmayın.
 
Qız - gün sürprizlərlə zəngindir. Onların əksəriyyəti xoşdur. Gözlənilməz olaylar sizi çaşdırmasın. İstənilən situasiyada dərhal doğru yönü seçin, asanlıq və çevikliklə improvizə edin.
 
Tərəzi - çox uğurlu və yüngül, rahat gün deyil. Bununla belə, ağır problemlərlə qarşılaşmaq şansı azdır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyəti yaranır.
 
Əqrəb - həmin işlərin hamısı diqqət və həssas münasibət tələb edir. İşlərin öhdəsindən gələcək, amma yorulacaqsınız.
 
Oxatan - işgüzar görüşlər və danışıqlar üçün əlverişli gün deyil. Dürüst yol və ton seçmək, qarşı tərəflə ümumi dil tapmaq asan deyil.
 
Oğlaq - daşınmaz əmlak və istənilən əmlakla bağlı sövdələşmələr, əməliyyatlar məsləhət deyil. Axşam saatlarında travma təhlükəsi var. Buna görə də mürəkkəb mexanizmlər və kəskin alətlərlə işləməkdən imtina edin.
 
Dolça - sakit və rahat gündür. Maraqlı imkanlar yaranır. Bu imkanları görün, şansı əldən verməyin. Yaşam potensialı artır. Enerjinizə həsəd aparmaq olar.
 
Balıqlar - bu enerjini quruculuğa, yaşam irerarxiyasında irəliləməyə yönəldin. Uğurlar əhvalınızı yaxşılaşdıracaq, kefinizi kökəldəcək.

Baxış sayı: 9299 | Tarix: 15.02.2017
Bizi Telegramda izləyin: @repostaz