Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayev bu gün Marneuliyə səfər edəcək.
 
RePost.Az aktual.ge saytına istinadən xəbər verir ki, R.Abdullayev İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Davit Tvalabeişvili ilə birlikdə Marneuli rayonunun Kürüstü-Kəpənəkçi ərazi vahidliyinin İlməzli kəndində evlərdən birində təbii qaz verilməsinin açılışını edəcək.
 
Açılış mərasiminə Parlamentin üzvü Zaur Darğallı və "Gürcü Arzusu"nun 35-ci deputatı Savalan Mirzəyev, hakim partiyanın Marneuli merliyinə namizəd Kənan Ömərov, Azərbaycanın Gürcüstandaki fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev, "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov və digər rəsmilər qatılacaq.
 
Əldə olunan məlumata görə, SOCAR-ın Prezidenti daha sonra Qızılhacılı kəndindəki sport kompleksin açılışını ardından isə Kaxeti bölgəsinə səfər edəcək.

Baxış sayı: 2934 | Tarix: 18.09.2021
Bizi Telegramda izləyin: @repostaz