İran çempionatının XIII turunun “Persepolis” – “Traktor” matçı xoşagəlməz hadisə ilə nəticələnib.
 
Qonaqların azarkeşi Rasul Musavipur ürəktutmasından vəfat edib.
 
O, sevimli komandasının 1:2 hesablı məğlubiyyətindən sonra ölüb. Bu yenilgi “Traktor”un turnir cədvəlindəki vəziyyətini də pisləşdirib.
 
Qeyd edək ki, 13 görüşdə cəmi 11 xal toplayan komanda 16 iştirakçı arasında 13-cüdür.

Baxış sayı: 3922 | Tarix: 05.01.2022
Bizi Telegramda izləyin: @repostaz