35 yaşlı ekstrasens Zirəddin Rzayev rus mətbuatına moskvaətrafı şossedə başına gələn qeyri-adı hadisə haqda məlumat verib.  
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, o, 28 fevral tarixində axşam saatlarında avtomobildə dostu ilə gedərkən gözünə 2 kabus görünüb. Onlardan biri avtomobilin videoreqistratoruna da düşüb. 
 
"Mən telefonla danışırdım və birdən gözümün ucu ilə 2 fiqur gördüm. Yol çox dar idi, maşınlar sürətlə hərəkət edirdilər. Ətrafda nə mağaza, nə də yanacaqdoldurma məntəqəsi vardı. 20-30 km radiusda heç bir tikili də yox idi. Mən evə qayıtdıqdan sonra registratorun qeydinə baxdım və həqiqətən də həmin fiquru gördüm. İndiyə qədər başa düşə bilmirəm ki, bu nə idi. Mən hiss edirəm ki, bu hansısa fövqəladə qüvvələrlə əlaqəli bir haldır. Məndə belə qarabasmalar hər gün olur. Amma videokameraya düşməyi birinci dəfədir”, - deyə o bildirib.
 
Hadisə zamanı avtomobilin sərnişin oturacağında oturan ekstrasensin yaxın dostu İlya Saqlaini da onun sözlərini təsdiqləyib. O, gördükləri fiqurların əsgərə oxşadığını bildirib. 
 
"Mən yolun kənarı ilə qaçan əsgər paltarında 2 fiqur gördüm. O, dəqiqə də Zirəddinə onun da görüb-görmədiyini soruşdum. O da mənim dediklərini təsdiqlədi. Sonradan mən düşündüm ki, yolun kənarında səki yoxdur. Yolda isə maşınlar elə sürətlə hərəkət edir ki, insanların orda qaçması mümkün deyil. Çox qəribədir ki, bir ikimiz də bu kabusu eyni vaxtda görmüşük”-deyə o bildirib. 
 
RePost.Az
 


Baxış sayı: 3238 | Tarix: 03.03.2017
Bizi Telegramda izləyin: @repostaz