Baki Nəqliyyat Agentliyi (BNA) üç tenderə yekun vurub.
 
“APA-Economics” vahid dövlət elektron satınalmalar portalına istinadən xəbər verir ki, Bakı şəhərində (prospekt və küçələrdə) “Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri”nin satınalınması ilə bağlı tenderin qalibi "Yol Xətt" MMC, digər “Yol xətlənməsi əl işləri”nin satın alınması üzrə tenderin qalibi isə “1 №-li xüsusi təyinatlı yol istismarı" MMC seçilib.
 
Qalib şirkətlərlə müvafiq olaraq 5,7 milyon və 1,6 milyon manatlıq müqavilə imzalanıb.
 
BNA “Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə tenderin qalibi "MİNERA" MMC-yə isə 18,1 milyon manat ödəyib.
 
Agentlik ümumilikdə, üç tenderə görə 25,4 milyon manat xərcləyib.

Baxış sayı: 3314 | Tarix: 01.07.2022
Bizi Telegramda izləyin: @repostaz