ABŞ-ın Arizona ştatından olan 25 yaşlı blogger Dryu Binski Azərbaycana səfər edib.
 
RePost.Az-ın məlumatına görə, Azərbaycan D.Binskinin səyahət etdiyi yüzüncü ölkə olub. Blogger 30 yaşına qədər dünyanın bütün ölkələrinə səfər etməyi qarşısına məqsəd qoyub. 
 
D.Binski səyahət etdiyi ölkələrdə 10 dollara necə istirahət etməyi göstərir.
 
Bakıya həsr edilən videoda, blogger Azərbaycana gəlməsindən xoşbəxt olduğunu bildirib. Ölkəmizin bənzərsiz olduğunu vurğulayan Binski, burada keçirdiyi hər dəqiqəyə şad olduğunu qeyd edib. 
 
Səyahətçi Bakıda 10 dolları çay süfrəsi, dönər, qəlyan və taksi xidmətinə xərcləyib.
 
RePost.Az
 

Baxış sayı: 3371 | Tarix: 23.03.2017
Bizi Telegramda izləyin: @repostaz