Bu il Novruz bayramında iranlı turistlərin üz tutduğu qonşu ölkələrdən biri də Türkiyənin Van şəhəri olub.
 
RePost.Az-ın unikal.org saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin yerli turizmçiləri bildirirlər ki, artıq 3 ildir bayramlarda iranlılar Vana gəlir və buna görə də qonşu turistlər üçün əvvləcədən hazırlıq işləri görülür.
 
Gündüzləri Vanın ticarət mərkəzlərində alış-verişlə keçirən iranlı turistlər gecələri isə əyləncə mərkəzlərində əylənərək istirahət edirlər.
 
RePost.Az
 

Baxış sayı: 3200 | Tarix: 25.03.2017
Bizi Telegramda izləyin: @repostaz