Araz vadisində minatəmizləmə avadanlıqlarının istehsalı həyata keçiriləcək.
 
Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev ölkəmizdə ilk dəfə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində “0-a doğru” panel çıxışı zamanı deyib.
 
O qeyd edib ki, hazırda Ağdam Sənaye Parkının 20-dək rezidenti var: “Növbəti ilin may ayında burada 7-dən artıq müəssisənin açılışı gözlənilir. Araz vadisi sənaye parkında bizim 6 rezidentimiz qeydiyyatdan keçib”.

Baxış sayı: 5613 | Tarix: 30.11.2023
Bizi Telegramda izləyin: @repostaz