Təbrizin “Traxtur” Futbol klubuna daha bir qadağa qoyulub.
 
RePost.Az Günaz.Tv-yə istinadən xəbər verir ki, FİFA-nın oyunçu transferi qadağası ilə üzləşən Azərbaycan klubuna, növbəti super liqa yarışlarının 4-cü həftəsindən sonra 3 sərbəst oyunçu cəlb etməsinə verilən icazə də ləğv edilib. İran Futbol Federasyonunun oyunçuların vəziyyətinin təyin edilməsi üzrə komitə rəisi Ruzbeh Vesuq Əhmədinin dediyinə görə, “Traxtur” klubunun, ötən mövsümdəki oyunçularla müqaviləni uzatmaqdan başqa, heç bir şansı yoxdur və 17-ci super liqa yarışlarına sadəcə bu şərtlərlə qoşula bilər.
 
RePost.Az
 

Baxış sayı: 2687 | Tarix: 09.06.2017
Bizi Telegramda izləyin: @repostaz