Səhiyyə naziri Oqtay Şirəliyev bu gün oğluna toy edib.
 
RePost.Az AZXEBER.COM-a istinadən məlumat verir ki, nazirin oğlu Kazım biznesmen ailəsi ilə qohum olub.  "Bilgah Beach Hotel”də baş tutan toyu teleaparıcı Kamilə Babayeva idarə edib. Toyda Elton Hüseynəliyev, Ədalət Şükürov və başqa müğənnilər ifa ediblər.
 
Mərasimdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da qonaq kimi iştirak edib. Həmçinin mərasimdə səhiyyə işçiləri və yüksək vəzifəli məmurlar, nazirlər da iştirak edib.
 
RePost.Az

Baxış sayı: 3466 | Tarix: 08.09.2017
Bizi Telegramda izləyin: @repostaz