Paarsabadlı 7 yaşlı Atena Aslaninin qatili barəsində çıxarılan hökm, İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ali Məhkəmənin Nəzarət və Təftiş işləri üzrə rəis müavini Qulamrza Ənsari açıqlama verib. “Cinayət işi Ali Məhkəmənin şöbələrindən birinə göndərilib, şöbə dərhal növbədənkənar şəkildə dosyeyə baxıb və Ərdəbil Əyaləti Cəza Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən çıxarılan hökmü olduğu kimi qüvvədə saxlayıb”- deyə o bildirib. Azyaşlı qızın qatili, zorlama ittihamı ilə edam, qətl ittihamı ilə qisas, oğurluq ittihamı ilə həbs, şallaq və oğurladığı malı qaytarmaq cəzasına məhkum edilib.
 
RePost.Az
 
 

Baxış sayı: 3162 | Tarix: 11.09.2017
Bizi Telegramda izləyin: @repostaz