Sentyabrın 12-də təqdim edilən yeni "iPhone" telefonları artıq Azərbaycanda satışa çıxarılıb. 
 
RePost.Az-ın məlumatına görə, elan saytlarında yeni "iPhone"ların sifarişi ilə bağlı məlumatlara rast gəlmək mümkündür. Elanlarda qeyd edilir ki, Amerikadan gətirilən 1 illik rəsmi "Apple" zəmanətli "iPhone 8 Plus" 64GB yaddaşlı telefon 1935 AZN qiymətinədir. 
 
"iPhone X" telefonu isə elan saytlarında 2600 AZN-ə təklif olunur. 
 
"Alma Store" mağazalarından isə bildirilir ki, hələlik rəsmi olaraq telefonların satışına başlanılmayıb. Yeni "iPhone" modellərinin qiyməti sentyabr ayının sonu, oktyabr ayının əvvəlinə kimi məlum olacaq. 
 
RePost.Az

Baxış sayı: 3466 | Tarix: 14.09.2017
Bizi Telegramda izləyin: @repostaz