Noyabrın 22-də gecə saatlarında evində ürəktutmasından vəfat edən Azərbaycanın tanınmış jurnalisti Natiq Qədimovla dostları vidalaşıb.
 
RePost.Az xəbər verir ki, mərhumun nəşi saat 13 radələrində Nərimanov rayonunda yaşadığı mənzildən götürülüb. N.Qədimov Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.
 
Vida mərasimində natiq Qədimovun iş yoldaşları, dostları, yaxınları, tanınmış şəxslər Hacı Nuran, Anar Nəcəfli, Nəsimi Paşayev, APA holdinqin vitse-prezidenti və digər media nümayəndələri iştirak ediblər.
 
N.Qədimovun atası Aydın Qədimov deyib ki, oğlu heç vaxt səhhətindən şikayət etməyib: “Oğlum gülə-gülə o dünyaya getdi”.
 
RePost.Az 

Baxış sayı: 3314 | Tarix: 23.11.2017
Bizi Telegramda izləyin: @repostaz