İranda azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan, milli zəmində və sosial şəbəkələrdə apardığı dinc fəaliyyətinə görə 18 ay həbsə məhkum edilib.
 
RePost.Az-ın məlumatına görə, Marağa inqilab məhkəməsinin hakimi Mehdi Davərniya, Kuxiyanı, sistemə qarşı təbliğdə və “Teleqram” sosial şəbəkəsində rejimə müxalif qrup və təşkilatlarla əməkdaşlıq edərək onların xeyrinə təbliğat aparmaqda günahlandırıb.
 
Bildirilir ki, Marağa inqilab məhkəməsinin azərbaycanlı fəala qarşı həbs cəzası ilə bağlı hökmü, yerli “Sepah”ın göstərişi ilə çıxarılıb. Fəal, ona qarşı irəli sürülən bütün ittihamları əsassız sayaraq rədd edib.
 
RePost.Az

Baxış sayı: 3257 | Tarix: 16.03.2018
Bizi Telegramda izləyin: @repostaz