Güney Azərbaycanlı millət vəkili və İran Parlamentinin İctimai Komissiyasının rəisi Salman Xudadadinin zorladığı xanımlarla danışığının səs yazısı yayılıb.
 
RePost.Az-ın məlumatına görə, “Herana” xəbər agentliyinin yaydığı səs yazısında Salman Xudadadi təcavüz etdiyi xanımları küçə söyüşləri ilə təhqir edir, onlara hədə-qorxu gəlir. Söhbətlərin əksəriyyəti iyun ayının ortalarında qeydə alınıb.
 
Millət vəkili ona iş üçün müraciət edən bir xanımı və katibəsini zorlamaqda ittiham olunur. 
 
RePost.Az


Baxış sayı: 3485 | Tarix: 18.07.2018
Bizi Telegramda izləyin: @repostaz