Bölgədə ezamiyyətdə olan ARB telekanalının kollektivini motelə buraxmayıblar.
 
RePost.Az-ın məlumatına görə, bu barədə telekanalın aparıcısı Afət Rahilqızı məlumat yayıb.
 
Onun sözlərinə görə, bölgələrdə ezamiyyətdə olan aparıcı yolüstü moteldə gecələmək istəsələr də, mühafizəçi onları içəri buraxmayıb.
 
"Hər dəfə bölgələrə çəkilişlərə gedəndə otellərdə maraqlı əhvalatlarla qarşılaşırıq. Demək, iki operator, bir sürücü və mən 1 həftədir ki, bölgələrdəyik. Bu dəfə də çox yorğun olduğumuzdan hər dəfə qaldığımız oteldə deyil, yol kənarında fəaliyyət göstərən moteldə gecələmək istədik. Qapıda dayanan kişiyə, bizə 1 gecəlik 2 otaq lazım olduğu söylədim. "Üç kişi və mənəm" demişdim ki, kişi qaşlarını düyünləyib, "gecə vaxtı qadin xeylağını buraxa bilmərəm, gedin nikah kağızı gətirin", deyib, bizi geri qaytardı. Və biz yola davam etdik", - Rahilqızı qeyd edib. 
 
RePost.Az

Baxış sayı: 3618 | Tarix: 24.09.2018
Bizi Telegramda izləyin: @repostaz