Güney Azərbaycanın digər şəhər və kəndlərində olduğu kimi, Təbriz şəhərində də bir çox məktəb binası köhnə və təhlükəli vəziyyətdədir.
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamsında Təbriz Məktəb tikən Xeyriyyəçilər Qurumunun İdarə Heyətinin üzvü Cəfər Rastquy deyib. 
 
Rastquyun sözlərinə görə, bu qədər xeyriyyəçi insanların olmasına rəğmən, yenə də Təbriz və ətraf məntəqələrdə fəaliyyət göstərən təhsil ocaqları binalarında, ciddi təmir və yenidənqurma işlərinə ehtiyac var. Hazırda Təbrizdə 670 məktəbin 6 min 739 dərs otağından 2 min 159-u sökülüb yenidən tikilməlidir, 2 min 288-də isə təmir işləri aparılmalıdır. Bu o deməkdir ki, Təbrizdə dərs otaqlarının 60 faizində, təmir və yenidənqurma işlərinə ehtiyac var. Bütün bu işlərin həyata keçirilməsi üçün xeyriyyəçi insanların daha çox fədakarlıq etmələrinə ehtiyac var.
 
Rastquy əlavə edib ki, “Təbrizdə 5.5-6 rişter gücündə zəlzələ olarsa, sözügedən 60 faiz dərs otaqlarından 40 faizində xoşagəlməz hadisələr baş verəcək. Şərqi Azərbaycan Əyalətində 46 faiz məktəblərin Təbriz şəhərinə aid olduğunu deyən Rastqu vurğulayıb ki, məktəb binaları baxımından, Təbrizin vəziyyəti, heç də kəndlərdən fərqlənmir, burada da eyni məhrumiyyət və problemlər yaşanır.
 
RePost.Az
 

Baxış sayı: 3295 | Tarix: 05.07.2017
Bizi Telegramda izləyin: @repostaz