Güney Azərbaycanın Ərdəbil şəhərində naməlum silahlı şəxslərin hücumu nəticəsində iki qardaş qətlə yetirilib.

RePost.Az-ın Günaz TV-yə istinadən verdiyi məlumata görə, hadisə avqustun 14-ü axşam saatlarında Ərdəbilin Sina şəhərciyinin yaxınlığındakı Ənzab yol kəsişməsinə baş verib. Naməlum silahlı şəxslər, mənzillərinin qabağında öz şəxsi avtomobilərində əyləşən ərdəbilli qardaşlara yaxınlaşaraq odlu silahdan bir neçə dəfə atəş açıbalr. Nəticədə hər iki qardaş yerindəcə həlak olub. Hücumçular hadisə yerindən qaça bilib. Hadisənin səbəbləri araşdırılır. Silahlı hücumçuların yaxalanması üçün axtarış əməliyyat tədbirləri görülür.

RePost.Az


Baxış sayı: 3352 | Tarix: 15.08.2017
Bizi Telegramda izləyin: @repostaz