Təbrizin “Traktor” komandası ilə Məşhədin "Pədidə" komandası arasında baş tutan qarşılaşmada güneyli soydaşlarımız yenə "Qarabağ" çüarı səsləndiribləır. 
 
50 min aşarkeşin izlədiyi qarşılaşmanın 15-ci dəqiqəsində ana dili, 27-ci dəqiqədə isə Qarabağla bağlı şüarlar səsləndirilib.
 
RePost.Az-ın məlumatına görə, azarkeşlərin arasında olan polis əməkdaşları hər vəchlə şüarların qarşısını almağa çalışsalar da, buna nail ola bilməyiblər. 
 
50 min azarkeş eyni vaxta səsləndirdiyi "Türk didlində mədrəsə, olmalıdır hər kəsə", "Qarabağ bizimdir, bizim olacaq" şüarı stadionu lərəzəyə gətirib. 
 
Xatırladaq ki, Ermənistanınj baş naziri Nikol Paşinyanın Tehranda “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” plakatı qaldırılıb. İran dövlətinin buna göz yumması güneyli soydaşlarımızın narazılığına səbəb olub. İran hakimiyyətinin ermənipərəst siyasətinə etiraz olaraq soydaşlarımız “Traktor”un hər oyununun 27-ci dəqiqəsində Qarabağın Azərbaycan aməxsus olmsına dair şüarlar səsləndirirlər.
 
RePost.Az
 


Baxış sayı: 3466 | Tarix: 15.03.2019
Bizi Telegramda izləyin: @repostaz