Kərəcin Rəcayişəhr zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Lətif Həsəninin yaxınları ilə görüşməsinə qadağa qoyulub.
 
Prokurorluqdan verilən açılamaya görə,  Lətif Həsəninin yanlış davranışlarına görə belə qərar qəbul olunub.
 
RePost.Az-ın məlumatına görə, Dr. Lətif Həsəni Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən qondarma ittihamlarla 8 il həbs cəzasına məhkum edilib. 6,5 ildir həbsdə olan fəal Kərəcin Rəcayişəhr zindanının 4-cü korpusunda saxlanılır.
 
Azərbaycanlı fəal zindanın 10-cu salonunda saxlanılan digər siyasi məhbuslarıla birlikdə 2 ildir bir çox məhbus hüququndan məhrumdur. O, son 15 ayda məzuniyyət hüququndan da istifadə edə bilmir.
 
Xatırladaq ki, İranda məhbuslar hər 4 aydan bir 3-5 günlük məzuniyyətə buraxılırlar.

Baxış sayı: 3599 | Tarix: 30.08.2019
Bizi Telegramda izləyin: @repostaz