Suriyada anti-terror əməliyyatına başlayan Türkiyə Odusuna dəstək verən Güney Azərbaycanın “Traxtur” futbol komandasının oynçusu Mehdi Bəbri və “Sanat Neft”də çıxış edən Sirvan Qurbani İran Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

RePost.Az xəbər verir ki, hər iki azərbaycanlı futbolçu yaşıl meydanlardan uzaqlaşdırılıb.

Xatırladaq ki, Bəbri və Qurbani sosial media profillərində Türkiyə bayrağının şəklini paylaşaraq türk əsgəri ilə fəxr etdiklərini yazmışdılar. İran Futbol Federasiyası onları idmançıya yaraşmayan hərəkətdə ittiham edib.

Ümumiyyətlə, İranda azərbaycanlı futbolçuların addımı birmənalı qarşılanmamışdı. Bəbri bir müddət sonra təzyiqlər üzündən paylaşımını silmişdi.


Baxış sayı: 3276 | Tarix: 16.10.2019
Bizi Telegramda izləyin: @repostaz